"Ayaks" və "Mançester Yunayted"in keçmiş çalışdırıcısı Erik ten Haq Almaniyanın "Borussiya" (Dortmund) komandasının baş məşqçisi postuna namizəddir. azserver.biz xəbər verir ki, bunu "Sky Sports" telekanalının jurnalisti Florian Plettenberq sosial şəbəkədə bildirib. Onun sözlərinə görə, "Borussiya"nın türkiyəli baş məşqçisi Nuri Şahin vəzifəsindən uzaqlaşdırıla bilər. Ten Haq isə Dortmund klubunun şura müşaviri Mattias Zammerlə yaxşı münasibətdədir. Niderlandlı mütəxəssis "qara-sarılar"ın 16-cı turda "Bayer 04"ə uduzduğu (2:3) oyununu canlı izləyib.