İnterpol tərəfindən axtarışa verilən qadın Kolumbiyada xəstəxanada "doğuş zamanı" həbs edilib. azserver.biz bildirir ki, 30 yaşlı Zaida Rosa Lopes immiqrasiya və polis əməkdaşları onu doğum evinin ərazisində yaxalayanda təəccüblənib. O, hamiləlikdən qaynaqlanan şiddətli qarın ağrıları ilə xəstəxanaya gedib.
Hadisə yerindən çəkilən fotoda onun xəstəxana otağında çarpayıda uzanaraq, hüquq-mühafizə orqanlarının əməkdaşlarının əhatəsində olduğu görünür.
Venesuelalı qadın Valeduparda tutulub. Həbs zamanı sosial işçi və həkim də olub. Səlahiyyətlilər əcnəbilərin qeydiyyatı informasiya sisteminin bildirişi sayəsində Lopesi xəstəxanada izləyə biliblər.